Fransada prezident Makronu Hitlerlə müqayisə edən plakatlar araşdırılıb

post-img

Fransada prezident Emmanuel Makronun nasist Adolf Hitlerlə müqayisə edildiyi plakatlarla bağlı istintaq başlanıb.

Fransa mediasının məlumatına görə, çərşənbə günündən cümə axşamına keçən gecə ölkənin cənubundakı Aviqnon şəhərində bir çox reklam lövhəsində Hitlerə bənzəyən Makronun afişaları yapışdırılıb.

Aviqnon bələdiyyəsi, "49.3" və Hitlerin bığlarına bənzər bığları olan Makronun üzünü əks etdirən afişaların çıxarılmasını istəyib.

"49.3" yazısı, hökumətin parlamentdə səs vermədən pensiya islahatını qəbul etməyi tapşırdığı Konstitusiyanın 49-cu maddəsinə aiddir. Maddə 3 isə bir lətifəni  xatırladır.

Sözügedən plakatlar "Lecto" ləqəbli bir qrafiti sənətçisinin keçən ay bir binanın divarında Hitler kimi Makronu canlandırdığı eyni qrafiti təmsil edir.

Beləliklə, dünən Aviqnon Prokurorluğu prezidenti nüfuzdan salma,  təhqiretmə və qiyam ittihamı ilə afişaları araşdırmağa qərar verib.

Anar ƏLİ,
“Xalq qəzeti”

Dünya