ABŞ Prezidenti Co Bayden G7 liderlərinin sammitində ölkəsinin keçmişdə Yaponiyanın Hirosima şəhərində nüvə silahından istifadə etdiyinə görə üzr istəməyəcək.
“The Independent” yazır ki, bu barədə ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Cek Sallivan bildirib.
Sallivan jurnalistlərə açıqlamasında cənab Baydenin iştirak edəcəyi tədbirdə belə bir jest üçün uyğun bir mühitin olmayacağını vurğulayaraq deyib kİ, Prezident Bayden Hirosima Sülh Memorial Parkında açıqlama verməyəcək. Ağ evin sahibi digər G7 liderləri ilə birlikdə çələng qoyulmasında və bir sıra digər tədbirlərdə iştirak edəcək.
Qeyd edək ki, bəzi yapon siyasətçiləri ABŞ-ı rəsmi üzr istəməyə çağırıb.
6 avqust 1945-ci il tarixdə ABŞ-ın atom bombası ilə vurulduğu Yaponiyanın Xirosima şəhəri, G7 liderlərinin 2023-cü il sammitinə ev sahibliyi etməyə hazırlaşır.
ABŞ Prezidenti Baydenin də iştirak edəcəyi mərasimdə G7 liderləri Xirosimadakı Sülh Memorial Muzeyini ziyarət edəcək və çələng və ağac əkmə mərasimində iştirak edəcəklər.
Anar ƏLİ,
“Xalq qəzeti”