Le Pen Makronla fransızlar arasında uçurum olduğunu deyib

post-img

Fransa prezidentliyinə keçmiş namizəd, ifrat sağçı “Milli Birlik” partiyasının sabiq lideri Marin Le Pen Fransa prezidenti Emmanuel Makronla ölkə xalqı arasında uçurum yarandığını bildirib.

Gazeta.ru xəbər verir ki, o, bu barədə BFMTV telekanalına bildirib.

“Problem ondadır ki, Emmanuel Makron tamamilə “bunkerə sığınıb". O, insanların qəzəbinə səbəb olmadan artıq Yelisey sarayını tərk edə bilmir... Bu gün Emmanuel Makronla fransızlar arasında uçurum yaranıb”, – o deyib.

Onun sözlərinə görə, “Makron xalqın iradəsinə hörmət etmədiyi üçün populyarlığını itirir”.

Dünya