Çinin 70 döyüş təyyarəsi Tayvana yaxınlaşıb

post-img

Çin Silahlı Qüvvələrinin döyüş təyyarələri Tayvan sahillərinə yaxınlaşıb. Tayvan ordusunun açıqladığına görə, aviasiya qrupu 70 təyyarədən ibarət olub.  J-10, J-11, J-16 qırıcıları, həmçinin H-6 bombardmançıları və Y-20 hərbi nəqliyyat vasitələri, eyni zamanda, 35 Çin təyyarəsi tanınmayan ada dövlətinin identifikasiya zonasına daxil olub.
Çin hərbçiləri Tayvanın yaxınlığında təlimlər keçirəcəklərini bildiriblər. Bu manevrlərlə Pekin Tayvanı dəstəkləyənlərə xəbərdarlıq etmək istəyir.

Qeyd edək ki, Hava Hücumundan Müdafiə identifikasiya zonası hər bir ölkə tərəfindən müstəqil olaraq müəyyən edilir və heç bir beynəlxalq müqavilədə təsbit edilmir. 

Anar Əli,
“Xalq qəzeti”

Dünya