Bayden: ABŞ bankları mövcud çətinliklərin öhdəsindən gələ biləcək

post-img

Prezident Co Bayden bəyan edib ki, ABŞ bankları son vaxtlar yaranmış çətinliklərin öhdəsindən gələ biləcək.

AZƏRTAC “Interfax” agentliyinə istinadla xəbər verir ki, Co Bayden bu barədə Kanadaya səfəri zamanı keçirdiyi mətbuat konfransında söyləyib. O, ABŞ banklarının yaxşı vəziyyətdə olduğunu bildirib. Qeyd edib ki, Avropa banklarında yaranmış çətinliklər ABŞ tərəfindən törədilməyib. Avropada baş verənlərin ABŞ banklarında olanlarla heç bir əlaqəsi yoxdur. “Fikrimcə, vəziyyətin sakitləşməsi üçün müəyyən vaxt lazımdır. Amma bu sahədə “partlayış” ola biləcəyini düşünmürəm”, - deyə ABŞ Prezidenti fikrini yekunlaşdırıb.

Dünya