Böyük Britaniya İranın silah qaçaqmalçılığı ilə bağlı BMT-yə müraciət edib

post-img

Böyük Britaniyanın Müdafiə Nazirliyi xüsusi bəyanatla çıxış edərək İranın qaçaqmalçılıq yolu ilə Yəmən üsyançılarına silah-sursat ötürməsinin BMT-nin qərarına zidd olduğunu bildirib.

AZƏRTAC “Pars to day” saytına istinadla xəbər verir ki, 2022-ci ilin əvvəllərində Böyük Britaniyaya məxsus “HMS Montrose” hərbi gəmisi iki dəfə İranın qaçaqmalçılıqla məşğul olan gəmisini tutub. Britaniya Müdafiə Nazirliyi bu faktları sübuta yetirən sənədləri BMT-yə təqdim edib.

Bəyanatda deyilir ki, müsadirə olunan silahların arasında daşınan zenit-raket kompleksi və raketlər üçün mühərriklər də var. İranın silahlı qruplaşmalara qaçaqmalçılıq yolu ilə silah-sursat verməsi regiondakı gərginliyi daha da artırır. Böyük Britaniya hökuməti bu məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılmasını və təcili tədbirlər görülməsini təklif edib.

Dünya