Qəbul imtahanlarında nə qədər abituriyent iştirak edəcək?

post-img

Mayın 21-də II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni imtahanı) üzrə ali təhsil müəssisələrinə keçiriləcək imtahanda 28 min 344 abituriyentin iştirakı nəzərdə tutulur.

Bu barədə"Xalq qəzeti"ə dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahanlarda fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Xatırladaq ki, bu gün DİM III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçirir.

Təhsil