ATMU-nun müəllimi Rumıniyada fənn tədris edib

post-img

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) turizm biznesi kafedrasının müəllimi  Ülviyə Cümşüdlü Erasmus+ proqramı üzrə Rumıniyanın Alexandru İoan Cuza Universitetində Coğrafiya və geologiya fakültəsi bakalavriatlarına “Turizm məhsulunun hazırlanması” fənnini tədris edib.

Akademik heyətin mobilliyi həftəsini şərtləndirən təlimlərdə Azərbaycan tarixi və mədəniyyəti, milli mətbəxi, Azərbaycan turizmi, Azərbaycan və Rumıniya əlaqələri, iki ölkə arasında oxşar və fərqli mədəniyyət nümunələri müxtəlif rakurslardan dəyərləndirilib. 

Təlimlərdə, həmçinin universitetin müvafiq kurs və ixtisas tələbələrinin iştirakı ilə turizm məhsulunun hazırlanması, yaradılması, hərəkətə gətirilməsi, reklamı, satışı, eləcə də Azərbaycan və Rumıniyada bu proseslərin gedişatı ətrafında mühazirələr keçirilib.  

ATMU-nu təmsil edən Ülviyə Cümşüdlü Rumıniyanın Alexandru İoan Cuza Universiteti tərəfindən sertifikatla mükafatlandırılıb. 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”



Təhsil