Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.
Millimiz “FIFA Series-2026” beynəlxalq turnirindəki ikinci oyununda Syerra Leone yığması ilə qarşılaşıb.
Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz turnirdəki ilk matçında Sent Lüsiya yığmasına 6:1 hesabıyla qalib gəlmişdi. Syerra Leone yığması isə bu turnirdə ilk görüşünü keçirib.
İlk oyunda olduğu kimi, Syerra Leone ilə görüş də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib. Oyunun əsas vaxtı bərabərliklə yekunlaşıb. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən millimiz turnirin də qalibi olub.

