Lənkəranda intellektual bilik yarışı keçirilib

post-img

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı hazırlanmış tədbirlər planına əsasən Lənkəran rayonu Liman şəhəri 1 nömrəli tam orta məktəbdə VIII siniflər arasında 3 mərhələdən ibarət intelektual bilik yarışı keçirilib.

İntellektual bilik yarışı məktəbin coğrafiya müəllimi Amid Məmmədovun rəhbərliyi ilə təşkil olunub.

Yarışda öz fəallığı və intellektual səviyyəsi ilə seçilən qalib komandalara diplomlar, yarışın digər iştirakçılarına isə göstərdikləri fəallıqlarına görə təşəkkürnamələr təqdim olunub.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”





Təhsil