Mart ayının müavinət, təqaüd, ünvanlı yardımları ödənilib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Novruz bayramı ilə əlaqədar mart ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları qrafikdən əvvəl olmaqla martın 17-də tam ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, martın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, martın 15-də ölkənin digər bölgələri üzrə, habelə qulluq stajına görə əlavələr alan pensiyaçıların mart ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, mart ayının bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi bayram ərəfəsində yekunlaşıb.

Sosial həyat