“Ədalət kainatın ruhudur”

post-img

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynur Familqızı bu günlərdə özünün “Facebook” səhifəsində maraqlı bir paylaşım edib. Orada yazılır:

“Ata iki övladı üçün bir şirin kökə alıb masanın üstünə qo­yur və böyük övladına “bunu ikiyə böl!”, – deyir. Bölündük­dən sonra dönüb kiçiyə “istə­diyin birini seç, götür, ye!”, – deyir. 

Ədalət məhz bu andan başlayır, əgər böyük övlad hiylə edib düz bölməyəcəksə, az yeyəcəkdir. Deməli, dəqiq­lik, düzgünlük vicdana bağlı olduğu qədər, haqq və ədalət də sonrakı nəticəyə bağlıdır. Burada ata qanunun, böyük övlad dövlətin, kiçik övlad isə millətin simvoludur.

Aynur xanımın qənaətinə onu əlavə edək ki, dünyada ən çətin şey insanın nəfsinə qalib gəlməyi bacarmasıdır. Yalnız bu zaman ailədə, cəmiyyətdə, toplumda ədalət bərqərar olu­na bilər. Bir görkəmli filosofun dediyi kimi, ədalət kainatın ru­hudur. 

Təqdim etdi: M.HACIXANLI, “Xalq qəzeti”

Sosial həyat