Şəhid ailəsinin tibb xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

post-img

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Füzulidə şəhidlik zirvəsinə ucalan, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalı ilə və “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Amal Əhmədovun ailəsinin tibb xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar”  bölməsindən əldə etmək olar.

Sosial həyat