Kartof məlhəm imiş...

post-img

Mütəxəssislərin söylədiklərinə görə, xalq təbabətində kartofdan geniş istifadə edilir. Çünki kartof vitamin və mi­neral anbarıdır. Tərkibində, həmçinin dəriyə müsbət təsir göstərən antioksidantlar var.

Təbabətdə bağırsaqların işini normallaşdırmaq üçün acqarına, gündə yarım stə­kan kartof suyu içilir. Ancaq özünü müalicə etmək qəra­rına gəlməzdən əvvəl müt­ləq həkimlə məsləhətləşmək lazımdır.

Kartofdan üz maskaları­nı isə mütəxəssis məsləhəti olmadan etmək olar. Dəriyə pasta şəklində tətbiq olunan xam kartof onu nəmləndirməyə və tok­sinləri çıxarmağa kömək edir.

Bundan əlavə, kartof suyundan yanıqları müalicə etmək üçün də istifadə edilir. Bu, yanıqların sağalmasını sürətlən­dirir.

Mütəxəssislərin fikrincə, təzə kartof şirəsi mədə yaralarını, qastriti də sağaldır.

 

Z.BAYRAM, “Xalq qəzeti”

Sosial həyat