Qızılhacılıdan xarici ölkələrə məhsul göndərilir

post-img

Qızılhacılı qəsəbəsi Goranboy rayonunun böyük yaşayış sahələrindən biridir. Burada fəaliyyət göstərən «Kaskad-Agro» MMC-nin məhsulları artıq xarici ölkələrdə tanınır və ona tələbat yüksəkdir.

Ümumi sahəsi 5 hektar olan istixananın illik istehsal gücü 2000 tondur. Burada 80 nəfər işlə təmin olunmuşdur. 8,5 milyon manata yaxın vəsait xərclənən təsərrüfatın məhsulları ekoloji cəhətdən olduqca təmizdir və müasur intensiv texnologiya tətbiq edilməklə yetişdirilir. 

Qeyd edək ki, ölkə prezidentinin regionlara investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq yaradılan təsərrüfata rayon icra hakimiyyəti daim diqqət və qayğı ilə yanaşır, problemləri ilə maraqlanır, köməklik göstərir. 

Bu günlərdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev «Kaskad-Agro» MMC-yə məxsus istixananın hazırkı istehsal prosesi ilə yerində tanış olmuş, işin gedişi, ixrac, bazarla maraqlanmış, öz tövsiyələrini vermişdir.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat