Mobil telefon da təzyiqi yüksəldir

post-img

Elmi araşdırmalar telefon danışıqlarının və sosial medianın qan təzyiqinə mənfi təsir etdiyini sübut edib. Gündə cəmi 45 dəqiqə telefonda vaxt keçirmək və sosial medianı izləmək təzyiq xəstəliyinin əsasını qoya bilir.

Cənubi Quançjou Tibb Universiteti­nin alimlərinin fikrincə, ürək sağlamlığı üçün insanların telefonla danışmağa sərf etdiyi dəqiqələrin sayı vacibdir: dəqiqələr nə qədər çox olarsa, hiperto­niya riski də bir o qədər yüksəkdir. Bu isə gələcəkdə ürək xəstəliyi deməkdir. İstər dostunuzla telefonda danışırsınız, istərsə də iş üçün söhbət edirsiniz, sərf olunan vaxtı minimuma endirmək töv­siyə olunur. 

Araşdırmanın nəticələri göstərib ki, sutkada yarım saatdan çox telefonla danışan insanlar hipertoniyaya 12 faiz daha çox meyillidir. Üstəlik, həftədə altı saat telefon danışığı təzyiq riskini 25 faiz artırır.

Sosial şəbəkələr və gündəlik zəng­lərin müddəti 30 dəqiqədən çox ol­madıqda, hipertoniya inkişaf riskinə təsir göstərə bilməz. Yatanda telefonu yaxında saxlamaq olmaz. Elektromaq­nit şüalanma bioritmlərimizə təsir edir ki, bu da özlüyündə yuxusuzluğa və tez-tez gecə oyanmasına səbəb olur.

Mobil qurğular demək olar ki, bütün bədənimiz tərəfindən udulan radiotezlik enerjisi yayır. Bu da, təkcə qan təzyiqi deyil, həm də görmə, yaddaş, eşitmə və psixo-emosional vəziyyətə mənfi təsir göstərir.

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat