Azərbaycan Premyer Liqasının XXXVI turunun oyun cədvəli müəyyənləşib.
Sonuncu tur iki gün davam edəcək.
Tura mayın 27-də saat 17:30-da başlayacaq “Sumqayıt” – “Zirə” oyunu ilə start veriləcək. Qarşılaşma “Kapital Bank Arena”da keçiriləcək. Günün Qəbələ şəhər stadionunda oynanılacaq ikinci görüşündə “Qəbələ” və “Kəpəz” komandaları qarşılaşacaq. Bu oyun da saat 17:30-da start götürəcək. Həmin gün saat 20:00-da “Səbail” və “Şamaxı” komandaları “ASCO Arena”da üz-üzə gələcək.
Premyer Liqanın XXXVI turunun digər görüşləri mayın 28-də oynanılacaq. Saat 17:00-da “Bakcell Arena”da “Neftçi” – “Sabah”, saat 19:30-da “Azersun Arena”da “Qarabağ” – “Turan Tovuz” görüşləri keçiriləcək.
Leyla SABİRQIZI, “Xalq qəzeti”