İlon Maskın “hər şey tətbiqi”

post-img

İlon Mask Çində uğurlu olan “WeChat”a rəqib ola biləcək “Everything App” (Hər şey tətbiqi) tətbiqini reallaşdırmaq üzrədir. Belə ki, “Twitter” işə qəbul prosesinə başlayıb. Bu barədə “Twitter Daily News” səhifəsində məlumat verilib. 

İstifadəçilər bir proqram vasitəsilə hər şey– alışveriş edə, taksi çağıra, dost­ları ilə yazışa, şəkil göndərə və s. işləri daha asan, qısa zamanda edə biləcəklər. “Everything App”ın bir hissəsi ola biləcək kiçik sayt hazırlanıb. Yeni istedadlar axta­rışında olan “Twitter”in qurucusu tətbiqlə bağlı vəzifələr üçün elan verib.

Qeyd edək ki, İlon Mask “Twitter”dən sonra ilk dəfədir ki, bir şirkətin satınalın­masına rəhbərlik edib. Proqramın ABŞ-dan başqa, digər ölkələrdə də nə vaxt isti­fadəyə veriləcəyi barədə məlumat yoxdur.

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Sosial həyat