Goranboyda “kamikadze” ipək qurdları “işlə” məşğuldur

post-img

Ölkə Prezidentinin "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” var. Onun icrası istiqamətində son illər Goranboyda aparılan işlər maraq doğurur.

Bu il rayonda baramaçılıqla məşğul olan kümçülərə 140 qutu ipəkqurdu paylanılıb. Artıq baramanın saxlanılması prossesində 4-cü inkişaf dövrü başlayıb.Bir qədər də keçəcək bu “kamikadze» qurdlar öz işlərini başa vuracaq və əldə olunan məhsul təhvil veriləcəkdir. 

Bəs bu sahədə Tap Qaraqoyunlu kəndində vəziyyət necədir? Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev məhz bu suala cavab almaq üçün aidiyyəti məsul şəxslərlə birlikdə həmin kənddə olmuş, işin gedişi, problemlərlə tanış olmuşdur.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri





Sosial həyat