“Söhbət kilidi”

post-img

Populyar mesajlaşma proqramı “WhatsApp” yeni “Söhbət kilidi” funksiyasını elan edib. Şəxsi söhbətlərdə əlavə təhlükəsizliyi təmin etmək üçün yaradılan funksiya bir neçə həftə ərzində əlçatan olacaq. Məlumatı “bbc.com” saytı yayıb.

Bu yeni funksiya istifadəçilərə söhbəti kilidləməyə imkan verir, həmçinin yazışmanı gələnlər qu­tusundan çıxarıb öz gizli qovluğu­na yerləşdirir. İstifadəçi gizlətmək istədiyi şəxsin adına toxunaraq onu bağlaya bilir. “Söhbət kilidi” funksiyasını aktiv edən zaman proqram avtomatik olaraq bildiriş­lərdə həmin söhbətin məzmununu gizlədir. 

Şirkət yeni funksiya haqqında bloq yazısında deyib: “Biz hesab edirik ki, bu xüsusiyyət telefonunu ailə üzvləri ilə paylaşmalı olan və ya telefonu başqasında olarkən xüsusi söhbətlərin görünməsini istəməyən insanlar üçün əlverişli olacaq”. 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Sosial həyat