“Yüksəliş” müsabiqəsi

post-img

Üçüncü “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin nəticələri bəlli olub.

Onlayn mərhələnin ikinci turu olan qabiliyyət üzrə imtahanda iştirak edən 7024 nəfər namizəddən 1325 nəfəri növbəti əyani mərhələdə işti­rak etmək hüququ qazanıb. Növbəti mərhələyə uğurla keçən namizəd­lərin 1095-i kişi, 230-u qadındır. İştirakçılardan 404 nəfəri ikinci, 220 nəfəri isə müsabiqəyə üçüncü dəfə qatılıb.

Müsabiqənin əyani mərhələsi qabiliyyət üzrə yoxlama və idarəet­mə bacarıqları üzrə olmaqla 2 imtahandan ibarətdir. Əyani mərhələnin idarəetmə bacarıqları üzrə imtahanına yalnız qabiliyyət üzrə yoxlama imtahanından uğurla keçən iştirakçılar buraxılacaq.

Son xəbərlər