Gənc Ailələrin I Forumu işə başlayıb

post-img

Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və “Addım” Yaradıcı Gənclər Assosiasiyasının təşkilatçılığı ilə Gənc Ailələrin I Forumunun açılış mərasimi keçirilib. 

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitə­sinin sədri Bahar Muradova ölkəmiz­də görülən işlərin, yürüdülən siyasətin mərkəzində insanın və onun inkişafının dayandığını bildirib. Sədr vurğulayıb ki, Beynəlxalq Ailə Günü ərəfəsində Azər­baycanda da ailə bayramının keçirilmə­sinin məqsədi cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyər­lərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, ailədə sülh və dö­zümlülük mədəniyyətinin təbliğidir.

Qeyd edək ki, mayın 14-dək davam edəcək forum çərçivəsində peşəkar tə­limçi və ekspertlər tərəfindən fərqli inte­raktiv oyunlar, birgə müzakirələr, həm­çinin işçi qruplar formatında görüşlər keçiriləcək.

“Xalq qəzeti”

Sosial həyat