“Mirvari sırğalı qız”

post-img

“Mirvari sırğalı qız” məşhur holland rəssamı Yan Vermeyerin şah əsəridir. Adından da bəlli olduğu kimi, əsərin əsas motivini qulağında mirvari sırğa olan gözəl qızın müəmmalı baxışları təşkil edir. Əsəri bəzən “Holland Mona Lizası” da adlandırırlar. Tablo hazırda Hollandiyanın Haaqa şəhərindəki Mauritshuis rəsm qalereyasında saxlanılır.


 Əsərdə qızın çiyninin üzərindən geri dönərək poza verməsi təsvir olunub. Onun dodaqları, sanki, nəsə danışmaq istəyir. Rəssam qızın gözəlliyinə diqqəti yönəltmək üçün tünd fonda sarı və mavi rənglərdən istifadə etmişdir. 
Qeyd edək ki, orijinalda tablonun arxa fonlarının rəngi tünd yaşıl olsa da, zaman keçdikcə qara rəngə çevrilib. Qızın saçları ipək örtük altında gizlənib. Qulağında yalnız böyük bir mirvari sırğa var  və sırğanın bir hissəsi kölgədə itir. 
Onu da bildirək ki, sənətkar əsərdə mirvarini saflıq və təmizlik simvolu kimi təqdim etmişdir.


 Leyla HADİ,
 tələbə-jurnalist

Sosial həyat