Heydər Əliyev məhkəmə-hüquq islahatlarının müəllifidir

post-img

Zəngin dövlətçilik ənənələrinə malik olan ölkəmizin tarixində ümummilli lider Heydər Əliyevin şəxsiyyəti, onun iradəsi, uzaqgörənliyi, siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Ulu öndərin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Xalqımız tarix boyu xəyal etdiyi milli dövlətçiliklə bağlı arzularını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı, müstəqil, hüquqi Azərbaycan dövlətini qurdu. 

Yubiley ilində ümummilli liderin zən­gin ictimai-siyasi fəaliyyətinin hərtərəfli öyrənilməsi və təbliği məqsədilə bütün bölgələrdə, idarə və müəssisələrdə, təh­sil ocaqlarında yığıncaqlar, konfranslar, digər kütləvi tədbirlər keçirilir. Fəxr edi­rik ki, digər ölkə vətəndaşları kimi, biz hüquqşünaslar da ulu öndərin 100 illiyi münasibətilə təşkil edilən konfranslarda fəal iştirak edirik. 

Heydər Əliyev hələ 1969–1982-ci illəri əhatə edən dövrdə respublikada Azərbaycanın iqtisadi inkişaf göstəricilə­rinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaq­görən və müdrik addımlar atmışdır. 

1993-cü ilin yayında ulu öndər xalqın təkidli tələbi ilə ölkəmizin siyasi rəhbərli­yinə qayıtdı. Xalqımızı və dövlətimizi bö­yük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyası­na "ömrümün qalan hissəsini də xalqı­ma bağışlayıram" söyləməklə başlayan Heydər Əliyev sarsılmaz iradəsi və feno­menal idarəçilik qabiliyyəti ilə Azərbay­canda keçmiş sovetlər birliyindən miras qalmış totalitar rejim əvəzinə, demokratik hüquqi dövlət yaratmağa müvəffəq oldu. 

Cərəyan edən hadisələri dərindən təh­lil edən ulu öndər yaxşı bilirdi ki, ölkədə demokratik hüquqi dövlət qurmaq üçün, ilk növbədə, ictimai-siyasi sabitlik, qanun­çuluq, hüquqi nizam-intizam təmin edilmə­lidir. "Dövlət dövlətçiliyi qorumalıdır" fikrini dönə-dönə vurğulayan Heydər Əliyevin 1994-cü ildə imzaladığı xüsusi fərman qa­nunçuluğun və hüquq qaydalarının möh­kəmləndirilməsində əsaslı dönüş yaratdı. 

Ulu öndər Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi. Azərbaycanı tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublika­mızın beynəlxalq əlaqələrini möhkəm­ləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihənin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. 

Böyük strateq, zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçək­ləşdirdi.

"Konstitusiya yaratmaq üçün, şübhə­siz ki, tarixi keçmişimizə nəzər salmalı­yıq, amma, eyni zamanda, ümumbəşəri dəyərlərdən, dünyanın demokratik döv­lətlərinin əldə etdiyi nailiyyətlərdən, təc­rübədən istifadə etməliyik, bəhrələnmə­liyik" – deyən ulu öndər Heydər Əliyev yeni Konstitusiya layihəsinin hazırlanma­sı kimi cox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürdü. 

Ulu öndər yeni Konstitusiyamıza əsaslanaraq mükəmməl hüquq sis­temi formalaşdırmaq üçün qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri de­mokratik prinsipləri rəhbər tutmaqla, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında islahatlar aparma­ğa başladı və bu məqsədlə 1996-cı ildə Hüquqi İslahat Komissiyasını yaratdı.

Hərtərəfli fəaliyyət, gərgin zəhmət nəticəsində "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Po­lis haqqında", "Əməliyyat-axtarış fəaliy­yəti haqqında" və hüquq sisteminin ma­hiyyətini müəyyən edən digər qanun və bütün əsas məcəllələrin layihələri hazır­landı və nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi. İnsan hüquqlarının qorunmasına müstəs­na əhəmiyyət verən ümummilli liderimizin 1998-ci ildə imzaladığı "İnsan və vətən­daş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanında insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırıldı.

Dövlətimizin insan hüquqları sahəsin­də atdığı ən mühüm addımlarından biri, ölüm cəzasının ləğvi olmuşdur. 1993-cü ildən ölüm cəzasının icrasına veto qo­yulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi ulu öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, humanizmini bir daha təsdiqlə­yir. Ölüm cəzasının ləğvi Azərbaycanın demokratik hüquqi dövlət quruculuğu yolunda olduğunu növbəti dəfə dünyaya sübut etdi.

Əfv və amnistiya institutlarının ulu öndər tərəfindən bərpası da mühüm əhəmiyyətə malikdir. Məhz bu humanist siyasətin nəticəsidir ki, məhkumların ba­ğışlanması müsbət ənənəyə çevrilmişdir. Minlərlə məhkumun əfv və amnistiya olunması ciddi tərbiyəvi əhəmiyyət daşı­maqla, cəmiyyətdə mənəvi dəyərlər, hu­manizm hissi aşılamışdır. 

Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli liderimiz ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin for­ma-laşmasına da xüsusi diqqət yetirmiş­dir. Müstəqil məhkəmə hakimiyyəti yarat­madan mükəmməl siyasi sistem qurmaq mümkün olmazdı. Belə məhkəmə ha­kimiyyəti yaratmaq üçün isə ölkədə ge­nişmiqyaslı məhkəmə-hüquq islahatları aparılmalı idi. 

Ulu öndərin rəhbərliyi ilə aparılmış köklü məhkəmə-hüquq islahatları nəti­cəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən yeni, üçpilləli müstəqil məhkəmə sistemi yaradıldı. 

Bu sistemin üstünlüyü ondan ibarət­dir ki, hər kəsin hüquq və azadlıqları­nın məhkəmədə müdafiəsinə, həmçinin məhkəmə qərarlarından şikayət vermək hüququ təmin edilir, işlərə birinci instan­siya qaydasında baxılmasına, bundan sonra onların hüquqa və fakta görə apell­yasiya qaydasında yoxlanılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yenidən baxılmasına imkan verilir. Bu isə öz növ­bəsində birinci instansiya məhkəməsinin buraxdığı səhvlərin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə və prosessual baxım­dan düzgün və obyektiv həll edilməsinə zəmin yaradır. 

İslahatların gedişində Ali Məhkəmə­nin də funksiya və səlahiyyətlərinə yeni­dən baxıldı və o, ümumi və ixtisaslaşmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə sırf kassasi­ya instansiyası məhkəməsinə çevrildi və beləliklə, aşağı məhkəmələrin qərar­larına nəzarət etməkdən, işlərə birinci instansiya məhkəməsi kimi baxmaqdan azad olundu. Bununla da Azərbaycan postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məh­kəməyə verən və bununla da "Habeas Corpus" prinsipini tətbiq edən ilk dövlət­lərdən oldu. Bu islahatın fəlsəfəsi ondan ibarət idi ki, insanın ən mühüm hüquq­larını məhdudlaşdıran tədbirlər cinayət təqibi orqanı tərəfindən deyil, müstəqil məhkəmə tərəfindən seçilir.

Həyata keçirilən yeniliklər nəticəsin­də 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq şəffaf prosedurlar əsasında, test üsulu ilə hakim seçimi aparıldı və nə­ticədə hakim korpusu 60 faiz təzələndi. 

Hüquqi dövlət quruculuğunun Azər­baycan modelini yaratmış ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu məhkəmə-hüquq islahatları bu gün də uğurla davam etdirilir. 

Azərbaycan Respublikasının Pre­zidenti seçildiyi gündən cənab İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə siste­minin daha da müasirləşdirilərək, Avropa standartlarına uyğunlaşdırılmasına baş­lanılmışdır. 

Bu gün Azərbaycan ədliyyəsinin ta­rixinə nəzər salanda görürük ki, nazirliyin əsaslı surətdə təsis edilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəh­bərlik etdiyi dövrə təsadüf edir. Həmin dövrdə ölkədə ədliyyə işinə böyük önəm verən dahi rəhbər tərəfindən Ədliyyə Na­zirliyinin fəaliyyəti yenidən təşkil olunmuş və bununla da Azərbaycan ədliyyəsi ta­rixində yeni mərhələ başlanılmış, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli şərait yaradılmışdır.

Azərbaycan zəngin ölkədir, onun is­tedadlı insanları, tükənməz təbii sərvət­ləri var, lakin bizim ən böyük sərvətimiz Heydər Əliyevin siyasi irsidir. Bu möh­təşəm sər-vətin öyrənilməsi üçün konf­ranslar təşkil olunur, Azərbaycan tarixinin Heydər Əliyev dönəmində əldə olunmuş nailiyyətlər, demokratk hüquqi dövlət qu­ruculuğu istiqamətində aparılan islahat­lar barədə çıxışlar edilir və digər tədbirlər həyata keçirilir.

Bu gün hər birimiz Heydər Əliyevin dövlətçilik amallarını, yüksək ideyalarını ya-şatmaq və gələcək nəslə çatdırmaq, qloballaşan dünyada Azərbaycan tarixi­nin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, əlimiz­dən gələni əsirgəməməliyik. 

Toğrul AXUNDOV,
Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin hakimi

Sosial həyat