İlham Əliyevin səfəri Bolqarıstan mediasında

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri bu ölkənin KİV-ləri tərəfindən geniş işıqlandırılıb.

Bu ölkənin “Business.dir.bg”, “BTA.bg”, “24chasa.bg”, “Focus News”, “No­vini.bg”, “Manager.bg”, “StandartNews.com”, “Banker.bg”, “Utroruse”, “Novi­ni247”, “News.bg” kimi nüfuzlu xəbər portallarında və nəşrlərdə dərc olunan yazılarda aprelin 25-də Sofiyada “Bul­gartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eust­ream” (Slovakiya) və Azərbaycan Res­publikasının Dövlət Neft Şirkəti (SO­CAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun im­zalanması mərasiminin keçirildiyi vur­ğulanıb. Qeyd olunub ki, Anlaşma Me­morandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən­ləşdirir. Vurğulanıb ki, əlavə qaz təda­rükü “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata ke­çiriləcək. 

“BTA” milli xəbər agentliyi, “Utro­Ruse”, “Novini247” saytları isə yazıb ki, Bolqarıstan və Azərbaycan prezident­ləri Rumen Radev və İlham Əliyevin iştirakı ilə Sofiyada Avropa İttifaqına təbii qaz tədarükünün təhlükəsizliyi­nin artırılması məqsədilə anlaşma im­zalanıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı Rumen Radevin dəvəti ilə Bolqarıs­tanda səfərdədir. Agentliyin xəbərində Bolqarıstan Prezidenti Rumen Radevin tədbirdə söylədiyi fikirlərə də yer veri­lib. Prezident deyib ki, Azərbaycan tək­cə Bolqarıstanın deyil, həm də Avropa İttifaqının strateji tərəfdaşıdır. O qeyd edib ki, bu gün imzalanan memoran­dum iki ölkə arasında tərəfdaşlığı güc­ləndirir və yeni imkanların aşkarlanma­sına yönəlib.

Son xəbərlər