Beyinin 7 gərəkli qidası

post-img

Onurğa cərrahiyyəsi üzrə mütəxəssislərin fikrincə, yediklərimiz insanın digər orqanları kimi beyninə də təsir edir. Koqnitiv (dərketmə) funksiyalarını uzun müddət davam etdirmək üçün bəzi qidaları mütləq yemək vacibdir. Bə­dənin çox hissəsini təşkil edən su dehidrata­siya kortizol hormonu ifraz edir. Bu hormonun səviyyəsinin artması beynin məlumat saxlan­masına cavabdeh olan hissəsinin azalmasına səbəb olur və bununla da, yaddaş zəifləyir. Kortizol həmçinin adrenalin istehsalını artırır ki, bu da beynin fəaliyyətinə mənfi təsir göstə­rir və yaddaş problemləri yaradır. Həkimlər beyin üçün bəzi qidaları qəbul etməyin vacib olduğunu deyirlər. Bu, 7 qidadan ibarət siya­hıdır:

Soğan: – Yüksək miqdarda antioksidant eh­tiva edən soğan, probiotik xüsusiyyətlərinə görə immunitet sistemini gücləndirmək üçün fayda­lıdır. O, həmçinin yaddaşı gücləndirir və Alzhei­mer xəstəliyi və Demans kimi qavrayış və yaddaş problemlərindən qoruyur.

Yumurta: – Tərkibində beynin yaddaşa ca­vabdeh olan hissəsi üçün lazım olan A, D, B12 vitaminləri var. Bədənin oyanmasını dəstəkləyən yumurtanın tərkibində beyin siqnalı üçün vacib olan amin turşusu – tirozin var.

Kivi: – Antioksidantla zəngin meyvənin qan damarlarının və beynin sağlamlığı üçün böyük əhəmiyyəti var. Kivi beynin fəaliyyətini artırır və yaddaşı yaxşılaşdırır. Bundan əlavə, tərkibi yük­sək miqdarda C vitamini və kalium ilə zəngindir.

B vitaminli məhsullar: – Qatıq, ət, balıq, paxlalı bitkilər, yaşıl yarpaqlı tərəvəzlərdə B vita­mini mövcuddur. Bu qidaları qəbul etmək beyni sağlam saxlamağa kömək edir. Eyni zamanda, B qrup vitaminlərin çatışmazlığı beyin və sinir sis­teminə müəyyən ziyan vura bilər. Bu vitaminlər, eyni zamanda, sinir sisteminin işində iştirak edir. Onlar diabetes mellitusun (şəkərsiz diabet) ya­ratdığı nevropatik ağrıların müalicəsində faydalı təsir göstərir.

Kəsmik: – Bu məhsulu həkimlər rasiondan çıxarmamağı məsləhət görürlər. B qrup (B1, B2, B6, B12 ) vitaminləri ilə yanaşı digər vitaminlərlə də zəngindir.

Omeqa-3: – Tərkibində omeqa olan qidalar beyin fəaliyyəti üçün çox vacibdir. Çünki, beynin quru kütləsinin çox hissəsi yağ hüceyrələrindən ibarətdir. Omeqa-3 yağ turşuları davranış və dər­ketmə performansına təsir göstərir. Qızılbalıq, tuna, skumbriya, sardina, siyənək, həmçinin qoz, kətan toxumu, fındıq, avokado, soyada Omeqa-3 vitamini boldur.

Qaragilə: – Meyvəsində antioksidantların yüksək olduğu qaragilə beyni daha uzun müddət sağlam saxlamağa kömək edir. Stressdən qoru­yur, yaddaşı yaxşılaşdırır, unutqanlığa qarşı müa­licədə faydalıdır.

 

Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat