“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC iki mərhələli tender elan edir

post-img

Lot - 1. Bakı şəhəri, Nərimanov rayo­nu, Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib Bəy Yusifbəyli küçələrinin kəsişməsində salınacaq yeni parkın layihə-smeta sənədlərinin hazır­lanması işlərinin satın alınması . 

Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rə­himov və Nəsib Bəy Yusifbəyli küçələri­nin kəsişməsində salınacaq yeni parkın layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması üçün iki mərhələ­li tenderdə iştirak etmək üçün iddiaçılar birinci mərhələnin yekununa qədər özlə­rinin hazırlamış olduqları eskiz layihəni iki nüsxədən ibarət albom şəklində, eyni zamanda elektron formada təqdim et­məlidirlər. Birinci mərhələ üçün sifarişçi tərəfdən ərazinin topoqrafiyası və dron şəkilləri iddiaçılara veriləcəkdir. Bundan əlavə, iddiaçılara ərazi ilə tanış olmaq şə­raiti yaradılacaqdır. Birinci mərhələ üçün iştirakçılara hazırladıqları eskiz layihələrə görə ödəniş verilməyəcəkdir. İddiaçıla­rın müvafiq sahədə təcrübəsinin olması mütləqdir. Birinci mərhələnin yekununda təqdim olunmuş eskiz layihəyə komis­siya üzvləri tərəfindən baxış keçiriləcək və yekunda komissiyanın müsbət rəyini almış azı 3 şirkət tenderin ikinci mərhələ­sində iştirak haqqı qazanacaqdır. İkinci mərhələdə iştirak edən iddiaçılar qiymət təklifi verərkən sözügedən parkla əlaqəli bütün hazırlayacaqları layihələrin dəyə­rini təqdim etməlidirlər (eskiz, memarlıq, kommunikasiya, konstruksiya, smeta və digər layihələr.) 

İlkin mərhələ 3 aprel 2023-cü il saat 10.00-dan 2 may 2023-cü il saat 10.00-dək davam edəcək 5 may 2023-cü ildə birinci mərhələnin nəticələri açıqlanacaq­dır. 

İkinci mərhələ üçün təkliflər 8 may 2023-cü il saat 11.00-dan 23 may 2023-cü il saat 11.00-dək qəbul olunacaqdır. 

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təq­dim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına malik olmalıdır. 

Əlaqələndirici şəxs – Əhməd Məm­mədov, 496-52-05 

Birinci mərhələdə iştirak edən iddia­çılar eskiz layihə ilə bərabər aşağıdakı sənədləri təqdim etməlidirlər. 

- tenderdə iştirak etmək üçün ərizə 

- Azərbaycan Respublikasında ver­gilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, ha­belə son bir il ərzində (fəaliyyətini dayan­dırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş və­zifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

- mənfəət vergisinin bəyannaməsi (2021-ci ili əhatə etməli və hesabat vergi orqanı tərəfindən məktubla təsdiq edil­məlidir. Təsdiq məktubu elektron qayda­da əldə edildikdə notarial təsdiqli təqdim edilməlidir.) 

- iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış; 

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; - müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları; 

- dövlət satınalmaları müsabiqəsində iştirak etmiş oxşar işlərə dair son 3 ildə bağlanmış müqavilələrin surəti (təsdiqli formada);

- satınalma prosedurlarının başlan­masından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçu­larının peşəkar fəaliyyətləri, yaxud satı­nalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olun­maması,yaxud onların müvafiq peşə fəa­liyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;

- mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olması barədə məlumat. 

İkinci mərhələ üçün aşağıda qeyd olunan sənədlər tələb edilir.

- tender təklifi (zərflərin açıldığı tarix­dən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır); 

- tender təklifinin 1 faizi həcmində bank təminatı; 

- tender təklifi təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox ol­malıdır;

- müqavilənin yerinə yetirilməsinin təminatı müqavilənin yerinə yetirilmə müddətindən sonra 30 bank günü çox olmalıdır. Müqavilənin yerinə yetirilməsi təminatı 5 faizdir.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənəd­ləri Azərbaycan dilinə tərcümə edilmə­lidir). İddiaçılar tenderlə bağlı sualları əlaqələndirici şəxsə ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. 

 

Tender komissiyası

Reklam və elan