Onurğa cərrahiyyəsi üzrə mütəxəssislərin fikrincə, yediklərimiz insanın digər orqanları kimi beyninə də təsir edir. Koqnitiv (dərketmə) funksiyalarını uzun müddət davam etdirmək üçün bəzi qidaları mütləq yemək vacibdir. Bədənin çox hissəsini təşkil edən su dehidratasiya kortizol hormonu ifraz edir. Bu hormonun səviyyəsinin artması beynin məlumat saxlanmasına cavabdeh olan hissəsinin azalmasına səbəb olur və bununla da, yaddaş zəifləyir. Kortizol həmçinin adrenalin istehsalını artırır ki, bu da beynin fəaliyyətinə mənfi təsir göstərir və yaddaş problemləri yaradır. Həkimlər beyin üçün bəzi qidaları qəbul etməyin vacib olduğunu deyirlər. Bu, 7 qidadan ibarət siyahıdır:
Soğan: – Yüksək miqdarda antioksidant ehtiva edən soğan, probiotik xüsusiyyətlərinə görə immunitet sistemini gücləndirmək üçün faydalıdır. O, həmçinin yaddaşı gücləndirir və Alzheimer xəstəliyi və Demans kimi qavrayış və yaddaş problemlərindən qoruyur.
Yumurta: – Tərkibində beynin yaddaşa cavabdeh olan hissəsi üçün lazım olan A, D, B12 vitaminləri var. Bədənin oyanmasını dəstəkləyən yumurtanın tərkibində beyin siqnalı üçün vacib olan amin turşusu – tirozin var.
Kivi: – Antioksidantla zəngin meyvənin qan damarlarının və beynin sağlamlığı üçün böyük əhəmiyyəti var. Kivi beynin fəaliyyətini artırır və yaddaşı yaxşılaşdırır. Bundan əlavə, tərkibi yüksək miqdarda C vitamini və kalium ilə zəngindir.
B vitaminli məhsullar: – Qatıq, ət, balıq, paxlalı bitkilər, yaşıl yarpaqlı tərəvəzlərdə B vitamini mövcuddur. Bu qidaları qəbul etmək beyni sağlam saxlamağa kömək edir. Eyni zamanda, B qrup vitaminlərin çatışmazlığı beyin və sinir sisteminə müəyyən ziyan vura bilər. Bu vitaminlər, eyni zamanda, sinir sisteminin işində iştirak edir. Onlar diabetes mellitusun (şəkərsiz diabet) yaratdığı nevropatik ağrıların müalicəsində faydalı təsir göstərir.
Kəsmik: – Bu məhsulu həkimlər rasiondan çıxarmamağı məsləhət görürlər. B qrup (B1, B2, B6, B12 ) vitaminləri ilə yanaşı digər vitaminlərlə də zəngindir.
Omeqa-3: – Tərkibində omeqa olan qidalar beyin fəaliyyəti üçün çox vacibdir. Çünki, beynin quru kütləsinin çox hissəsi yağ hüceyrələrindən ibarətdir. Omeqa-3 yağ turşuları davranış və dərketmə performansına təsir göstərir. Qızılbalıq, tuna, skumbriya, sardina, siyənək, həmçinin qoz, kətan toxumu, fındıq, avokado, soyada Omeqa-3 vitamini boldur.
Qaragilə: – Meyvəsində antioksidantların yüksək olduğu qaragilə beyni daha uzun müddət sağlam saxlamağa kömək edir. Stressdən qoruyur, yaddaşı yaxşılaşdırır, unutqanlığa qarşı müalicədə faydalıdır.
Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”