Azərbaycanda modern texnologiyaların tətbiqinə diqqət günbəgün artırılır. Məsələn, İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal tibbin formalaşması və intellektuallaşdırılması problemləri uğurla tədqiq edilir.
İnstitutdan bildirdilər ki, cari ildə “Səhiyyə 4.0 mühitində məkan üzrə əhalinin sağlamlığı və demoqrafik təhlükəsizliyinin qiymətləndirilməsi”, “Səhiyyə 4.0 və e-dövlət platformasında vahid inteqrasiya olunmuş tibbi informasiya fəzasının formalaşması mexanizmlərinin işlənməsi”, “Qaraciyər xəstəlikləri üzrə müalicə-diaqnostik qərarların qəbulunu dəstəkləyən intellektual sistemin işlənməsi”, “Tibbi sosial media resurslarının münasibət seqmentlərindəki informasiyanın analizi və qərarların qəbulu məsələləri” mövzularında aparılan elmi-tədqiqat işləri davam etdiriləcək.
“Xalq qəzeti”