Maskın beyin oyunları

post-img

İş adamı İlon Maska məxsus “Neura­link” şirkəti uzun müddətdir ki, iflic və kor­luq kimi xəstəliklərin müalicəsi məqsədilə beyin implantları hazırlayır. Hazırda şirkət bunun üçün yeni tərəfdaşlar axtarır. Hət­ta Mask beyin çiplərinin insanlar üzərində sınaqları həyata keçirmək üçün nevroloji xəstəliklərin müalicəsi və tədqiqat təşkilatı olan “Barrow” Nevrologiya İnstitutu ilə da­nışıqlar aparır. 

Qeyd edək ki, ABŞ-ın Ərzaq və Dərman İdarəsi (FDA) “Neuralink” şirkətinin müraciətini rədd edib. Bu addım Maskın planlarına böyük zərbə olsa da, o, FDA-nı çiplərin təhlükəsiz­liyinə inandırmağa çalışır. İddia edir ki, imp­lantların yerləşdirilməsi nəticəsində gələcəkdə korluq və depressiya kimi xəstəliklərin “Neu­ralink” tərəfindən müalicəsi mümkün ola bilər. Məlumata görə, iş adamı digər mərkəzlərlə də ortaqlıq haqqında müzakirələr aparır.

Xatırladaq ki, heyvanların müdafiəsi ilə bağlı ABŞ-ın Kənd Təsərrüfatı Departamenti keçən il “Neuralink” şirkətini araşdırmağa baş­lamışdı. Belə ki, bu ilin əvvəlində “Neuralink” texnologiyası çərçivəsində 23 meymun üzərin­də təhlükəli təhqiqatlar aparılıb. Mediaya sızan məlumatlara görə, şirkətin testləri nəticəsində 23 meymundan 15-i ölüb. Bir müddət sonra şirkət özü də beyin çipi texnologiyasını sınaq­dan keçirərkən 8 meymunun öldüyünü etiraf edib.

 

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

Sosial həyat