Ulu Öndərin 100 illiyi münasibəti ilə Füzulidə mindən çox çinar və Eldar şamı əkilib

post-img

Füzuli rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada şəhid ailələri və qazilər, inzibati ərazi dairələri üzrə icra nümayəndəlikləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiya rayonun Əhmədbəyli, Kürdmahmudlu, Alıxanlı, Kərimbəyli, Arayatılı, Əhmədalılar kəndlərini əhatə edib. Ümumilikdə ağacəkmə aksiyası zamanı 920 ədəd çinar, 200 ədəd Eldar şamı əkilib.

Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.



Sosial həyat