Bu gün Yel çərşənbəsidir

post-img

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur. Boz ay bu çərşənbə ilə təbiətin diriləcəyi günü bizə daha da yaxınlaşdırır. Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir. Yel çərşənbəsinə el arasında “külək oyadan çərşənbə”, “yelli çərşənbə” də deyilir.

Bir zamanlar yalnız sudan ibarət olan həyata torpaq sonradan rəng qatdı. Amma həyatın varlığı üçün hava, yel də lazım idi. Qədim türk mifologiyasında  yelin funksiyası da məhz budur –həyatı formalaşdırmaq. Bu çərşənbəyədək sanki mürgüləyən külək oyanır, aləmi dolaşaraq suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən mehin də, küləyin də daxilində bir hərarət olur. 

Şifahi xalq yaradıcılığında isə yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın yel Tanrısına etiqadı ilə bağlıdır.

Mәhz bu çәrşәnbә günü bütün evlәrdә tәmizlik işlәrinә başlanılır. Xüsusәn qadınlarımız, qızlarımız evdә tam mәnada tәmizliyә riayәt etmәyә başlayırlar. Hәr bir xanım evindәki yorğan, döşәyi havaya atır vә onun tәzә gәlәn bahar nәfәsilә yenilәnmәsini, çıxan günәşin tәsiri altında daha da tәmizlәnmәsini istәyirlәr. Hәmçinin evlәrdә hәr tәrәf silinib, tәmizlәnir, palazlar, xalçalar çırpılır, şüşәlәr, pәncәrәlәr silinmәyә başlanılır.

Yel çәrşәnbәsi günü evlәrdә südlü plov vә ya bulğur aşı bişirilir. Süfrәyә daha çox quru meyvә vә dәnli bitkilәrdәn hazırlanmış çәrәzlәr düzülür. Qadınlar axır çәrşәnbә üçün hazırlıqlar görürlәr. Xanımlar uşaqlar üçün tәzә paltar biçib-­tikir. Qız­-gәlinlәr qoz­-fındığı lәpәlәyib şirniyyat hazırlığı tәdarükü görürlәr. Hәmin gün bir qarış böyümüş sәmәninin ortasına qırmızı qumaş bağlanır.

Ümumiyyәtlә isә insanlar yelin insanlara xoş tәsürratlar gәtirәcәyini inanırlar. Yel çәrşәnbәsindә әsәn külәklәr bir gün әrzindә bir neçә dәfә istiqamәtini dәyişir. Hәtta külәklәrin durmadan isti vә soyuq olmasına da rast gәlmәk mümkündür. Bu çәrşәnbә dә digәrlәrindә olduğu kimi hamının qapısında, hәyәtindә tonqallar qalanır. Eyni ilә digәr çәrşәnbәlәrdә olduğu kimi yenә insanlar bu tonqalların üzәrindәn tullanırlar.

A Yel baba, Yel baba,
Tez gәl, baba, gәl, baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.
Dәn dağılıb dağ olsun,
Yel babamız sağ olsun.
A Yel baba, Yel baba,
Qurban sәnә, gәl baba.

 

Sosial həyat