İsrail Prezidenti İsxak Hersoq Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

post-img

Azərbaycanda rəsmi səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və xanımı Mixal Hersoq mayın 30-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, İsrail Prezidenti Ulu Öndərin məzarı önünə əklil qoydu.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anıldı, məzarı üzərinə tər güllər düzüldü.





Siyasət