XİN: Ermənistanın xarici işlər nazirinin qərəzli fikirlərini qətiyyətlə pisləyirik

post-img

Mayın 22-də Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə mətbuat konfransı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən növbəti dəfə səsləndirilmiş qərəzli fikirləri qətiyyətlə pisləyirik.

Qeyd olunub ki, Ermənistan rəsmiləri­nin Azərbaycanın “Laçın” sərhəd buraxı­lış məntəqəsi təsis etməsinin guya yolu bağladığı, bölgədə humanitar problemlər meydana gətirdiyi, Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətində çətinliklər yarat­dığı, bunun “etnik təmizləmə siyasətinin” tərkib hissəsi olduğu barədə əsassız id­diaları dəfələrlə təkrarlaması bu ölkənin reallıqları saxtalaşdırmaq cəhdidir. Keçid məntəqəsindən həm erməni sakinlərin, həm Beynəlxalq Qızıl Xaç Komitəsinin, həm də Rusiya sülhməramlı kontingen­tinin şəffaf və nizamlanan şəkildə hər iki istiqamətdə keçdiyi bəllidir.

Ermənistanın 30 ilə yaxın müddət ər­zində Azərbaycan ərazilərini işğal altında saxlaması, kütləvi qırğınlar və etnik tə­mizləmə həyata keçirməsi, eləcə də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin çağırışlarına zidd olaraq işğala son qoy­maması və öz silahlı qüvvələrini Azər­baycan ərazisindən çıxarmaqdan imtina etməsi BMT Təhlükəsizlik Şurasının üzvü Böyük Britaniyaya yaxşı məlumdur. Belə­liklə, Ermənistan tərəfi beynəlxalq ictima­iyyəti öz rəvayətləri ilə çaşdırmaq səylə­rindən əl çəkməlidir.

Bununla yanaşı, Azərbaycan ərazi­sinə beynəlxalq missiya göndərilməsi­nin Ermənistan tərəfindən hələ də təşviq olunması, Azərbaycanın Qarabağ bölgə­sində yaşayan erməni sakinlərlə Azər­baycan hökumətinin dialoquna hər vəchlə mane olması Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Ermənistan bölgədə sülh və əmin-amanlıq tərəfdarı­dırsa, bu kimi müdaxilələrə son qoymalı­dır.

Azərbaycan ərazisində erməni hərbi əsirlərin olması iddiasına gəldikdə qeyd edək ki, Azərbaycan müharibə zamanı ələ keçirilmiş hərbi əsirləri bir çox hallarda təmənnasız olaraq Ermənistana geri qay­tarıb. Müharibədən sonra ölkəmizin əra­zisində hərbi təxribatlar törətmək məqsə­dilə Ermənistan tərəfindən göndərilmiş bir qrup erməni hərbçilərə gəldikdə, onların hərbi əsir olmadığı Ermənistan rəhbərli­yinə məlumdur. Azərbaycanın xoş niyyət nümayiş etdirərək bu qrupdan olan şəxs­lərin də demək olar yarısını Ermənistana geri qaytarmasına baxmayaraq, Ermə­nistan tərəfi yolunu azaraq Ermənistana keçmiş iki Azərbaycan hərbçisini qurama məhkəmə işi ilə geri qaytarmaqdan imtina edir və bununla etimad quruculuğu səylə­rinə zərbə vurur.

Ermənistanı bölgədə sülh və təhlükə­sizliyin təmin olunmasına xələl gətirən təhlükəli ritorikadan çəkinməyə, əsassız yerə Azərbaycanı ittiham etmək, bey­nəlxalq ictimaiyyəti yayındırmaq cəhd­lərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq.

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Siyasət