Prezident İlham Əliyev: Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün göstərdiyi səylərə görə Litvaya təşəkkürümüzü bildiririk

post-img

Bizim Litva ilə ikitərəfli əməkdaşlıq çərçivəsində, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də önəmli rol oynayır və Litvaya bu əlaqələrin inkişafı üçün göstərdiyi səylərə görə təşəkkürümüzü bildiririk.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatında bildirib.

Ötən ilin mayında Litva Prezidentinin ölkəmizə səfərindən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun imzalandığını xatırladaq dövlət başçısı hazırda bu memorandumun uğurla icra edildiyini vurğulayıb: “Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni, ixrac edilən qazın həcmi ildən-ilə artır və artacaq”.

Siyasət