Mətyu Brayzə: Azərbaycan Heydər Əliyevin səyləri nəticəsində böyük inkişafa nail olub

post-img

Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi çox əlamətdar hadisədir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Mətyu Brayzə deyib.

O vurğulayıb ki, Heydər Əliyev müharibə, iqtisadi tənəzzül, neft-qaz sənayesinin və boru kəmərlərinin olmadığı ağır bir zamanda hakimiyyətə gəlib. “Heydər Əliyevin strateji baxışının dərinliyi heyrət doğurur. Azərbaycan onun səyləri nəticəsində böyük inkişafa nail olub”, - deyə Mətyu Brayzə vurğulayıb.

Ekspert əlavə edib ki, ADA Universiteti baş verənləri müzakirə etmək üçün dünyanın hər yerindən ekspertləri, diplomatları, həmçinin keçmiş və indiki səfirləri hər il Azərbaycanda bir araya toplayır. Bu, çox uğurlu alınır, çünki Azərbaycan sürətlə inkişaf edir.

Siyasət