Qarabağın ictimai keşikçilərinin sırası genişlənir

post-img

Etiraz aksiyası Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, erməni cinayətlərinin beynəlxalq müstəvidə ifşası baxımından mühüm əhəmiyyətə malikdir. Bu aksiya, hər şeydən əvvəl, onu göstərdi ki, Azərbaycan xalqı öz təbii sərvətlərinin talan edilməsinə, ekologiyasının korlanmasına imkan verməyəcək.

Bu aksiya həm də Azərbaycan xalqının separatizmə qarşı barışmaz olduğunu, erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcə­yini göstərdi. Aksiyada səslənən əsas tələblərdən biri Laçın yolunda şəffaflı­ğın təmin edilməsi, nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlıdır. Məhz bunun üçün ekokönüllülərtələb edirlər ki, Laçın yolunda Azərbay­canın dövlət qurumlarının fəaliyyə­ti təmin edilsin. Çünki Azərbaycan dövlətinin nəzarəti olmadan bölgədə şəffaflığı təmin etmək mümkün de­yil. Bu aksiya həm separatizmə, həm də onun hər cür təzahürlərinə qarşı yönəlib və regionda sabitliyin, təh­lükəsizliyin təmini baxımından mü­hüm əhəmiyyətə malikdir.

Erməni tərəfi, həmişə olduğu kimi, aksiyanı kontekstdən çıxararaq, özlərinə sərf edən şəkildə təqdim edir. Laçın-Xankəndi yolu açıqdır, burada hansısa yolun bağlanma­sından söhbət gedə bilməz. Aksiya dinc məqsədlidir. Dünya ictimaiyyəti də görür ki, haqqında danışılan yol­dan humanitar təyinatlı keçidlər heç bir maneə olmadan işləyir. Müşahidə olunan ab-hava və haqlı etirazlar onu deməyə əsas verir ki, heç bir kənar təzyiq aksiyanı dayandıra bilməz!

***

Gün ərzində Şuşada hava dəyiş­kən keçib. Aksiyaya dəstək məqsə­dilə yeni könüllü qrupları əraziyə gəliblər. Onlar da digərləri kimi, Azər­baycan, rus və ingilis dillərində mütə­madi olaraq plakatlar qaldırır, şüarlar səsləndirirlər. Ekofəallar tələblərində qəti olduqlarını nümayiş etdirirlər. Ərazidə hüquq-mühafizə orqanla­rının əməkdaşları tərəfindən bütün təhlükəsizlik tədbirləri yüksək səviy­yədə təşkil edilib.

Etirazçılar hər zaman olduğu kimi, humanitar məqsədlərlə istifa­də olunan avtomobillərin hərəkətinə heç bir maneə törətməyiblər. La­çın–Xankəndi yolundan humanitar nəqliyyat vasitələri sərbəst keçiblər. Həmin nəqliyyat vasitələrinin arasın­da evakuasiya, mətbuat, tibbi yardım maşını, təminat-təchizat və minik av­tomobilləri olub. Ermənistan mətbu­atında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxma­dıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

 

Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”

Siyasət