Prezident İlham Əliyev Avropa çempionatının yayımı üçün İTV-yə pul ayırıb

post-img

Prezident İlham Əliyev Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə 940 min 500 avro pul ayrılması barədə Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün şirkətə 940 min 500 avronun manat ekvivalenti dəyərində vəsait ayrılıb.

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Sərəncamlar