Səhər saatlarında Laçın istiqamətinə gedən BQXK-nın avtomobilləri Xankəndiyə geri dönüb

post-img

Ekoaksiyanın iştirakçıları fevralın 9-da səhər saatlarında Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaratmışdılar.

AZƏRTAC xəbər verir ki, bu dəqiqələrdə Laçın istiqamətindən gələn BQXK-ya məxsus dörd minik avtomobilinin aksiya keçirilən ərazidən geriyə - Xankəndiyə doğru hərəkəti təmin olunub.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.









Son xəbərlər