Gürcü deputatlardan tutulan cərimələr Türkiyəyə yardım fonduna köçürüləcək

post-img

Gürcüstan parlamentinin iclaslarında və komitə iclaslarında əsassız olaraq iştirak etməyən deputatlardan tutulan cərimələr Türkiyədə zəlzələdən zərərçəkənlərə göndəriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili məlumat verib.

Spiker bildirib ki, bununla əlaqədar artıq xəzinədarlığa müraciət olunub.

Ş.Papuaşvil, eyni zamanda, deputatlara müraciət edərək Türkiyədə təbii fəlakətdən zərərçəkənlərə yardım fonduna pul köçürməyə dəvət edib.

Qeyd edək ki, bu gücə Gürcüstanın paytaxtı Tbilisi səhərinin ən hündür parkında yerləşən televiziya qülləsi də Türkiyənin bayrağının rəngləri ilə işıqlandırılıb.

Tbilisi meriyasının açıqlamasında deyilir ki, gürcü xalqı Türkiyə xalqının yanındadır.

Dünya