Kolbasa – yeməsən daha yaxşı...

post-img

Kolbasa məhsulları mədə - bağırsaq traktına ziyandır. Lakin müəyyən miqdar yeyildikdə nəinki ziyan vermir, hətta bəzi insanlar qrupuna faydalıdır.

Amma, mütəxəssislər onu da qeyd edirlər ki, hər gün kolbasa məhsulları yemək olmaz. Yüksək qan təzyiqi və ya ürək çatışmazlığı olanların, eləcə də, yaşlıların menyusun­dan hazır alınmış kolbasaları çıxarmaq daha məqsədəuyğun­dur.

Kolbasaların tərkibində çoxlu əlavələr var ki, bu da onları mədəaltı vəzi və qaraciyərin sağlamlığı üçün potensial təh­lükəli edir.

Kolbasa sevən və ondan imtina edə bilməyən insanlar mi­nimum miqdarda keyfiyyətli məhsul almalıdırlar. 

Mütəxəssislər südlü kolbasa və ya sosisi, həftədə bir və ya iki dəfə iki və ya üç gün ara ilə yeməyi tövsiyə edirlər. Bil­dirirlər ki, uşaq və yaşlıların menyusunda daha yaxşı kolbasa olmalıdır.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Səhiyyə