Uşaq Paralimpiya Kuboku keçirilib

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Uşaq Paralimpiya Kuboku keçirilib. Yarışın açılış mərasimində Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyev və icraçı direktor Eldar Babayev çıxış edərək sağlamlıq imkanları məhdud uşaqlara uğurlar arzulayıblar. 

Sumqayıt şəhərində yerləşən Para­limpiya İdman Kompleksində keçirilmiş yarışda 100-dən çox sağlamlıq imkanları məhdud uşaq 4 idman növündə (cüdo, üzgüçülük, stolüstü tennis, pauerliftinq) gücünü sınayıb. 

Leyla QURBANOVA, “Xalq qəzeti”



İdman