Şəhriyar Məmmədyarov dünya reytinqində irəliləyib

post-img

Beynəlxalq Şahmat Federasiyasının iyun ayı üçün reytinq cədvəli açıqlanıb. Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov (2740 xal) bir pillə irəliləyərək 15-ci yeri tutub. Teymur Rəcəbov (2747 xal) üç pillə geriləyərək 13-cü yerdə qərarlaşıb. Qədir Hüseynov (2661) 3 pillə geriləyərək 83-cü olub, Rauf Məmmədov isə “100-lüy”ü tərk edib.

Siyahıya norveçli Maqnus Karlsen (2853) başçılıq edir. Fransa təmsilçisi Alireza Firuzca (2786) 2-ci, son dünya çempionu çinli Din Liren (2780) isə 3-cü pillədədir. 

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2456) 25-ci, Ülviyyə Fətəliyeva (2401) 53-cü, Xanım Bala­cayeva (2368) 80-ci, Gülnar Məmmə­dova (2357) 85-ci, Gövhər Beydullaye­va (2355) 89-cu yerdədirlər.

İdman