FİFA prezidenti “Qarabağ” klubunu təbrik edib

post-img

FİFA prezidenti Canni İnfantino AFFA prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayaraq “Qarabağ” FK-nı 2022/2023-cü illər mövsümündə Azərbaycanın çempionu olması münasibətilə təbrik edib.

Təbrik məktubunda qeyd edilir ki, bu titul komandanın zəhməti və fədakarlığı olmadan əldə edilə bilməzdi. FİFA pre­zidenti, həmçinin AFFA-ya Azərbaycan­da və Avropada futbolun inkişafına və tərəqqisinə verdiyi töhfələrə görə bütün futbol ictimaiyyəti adından təşəkkür edib.

İdman