COVID-19 infeksiyasına 10 yoluxma faktı qeydə alınıb

post-img

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 10 yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 831 min 648 nəfərin koronavirus infeksiyası­na yoluxması faktı müəyyən edilib, on­lardan 821 min 279 nəfər müalicə oluna­raq sağalıb, 10 min 268 nəfər vəfat edib. Aktiv xəstə sayı 101 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1339, bu günə qədər isə ümumilikdə, 7 milyon 603 min 622 test icra olunub.

“Xalq qəzeti”

Səhiyyə