COVID-19: 19 yoluxma faktı qeydə alınıb

post-img

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 19 yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. 

İndiyədək ölkədə ümumilikdə 831 min 638 nəfərin koronavirus infeksiya­sına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 251 nəfər müalicə olunaraq sağalıb, 10 min 265 nəfər və­fat edib. Aktiv xəstə sayı 122 nəfərdir. 

Son sutkada yeni yoluxma halları­nın müəyyənləşdirilməsi ilə əlaqədar 851, bu günə qədər isə ümumilikdə 7 milyon 602 min 283 test icra olunub. 

“Xalq qəzeti”

Səhiyyə