Bakıda dan dərəcələri üzrə seminar və imtahan keçiriləcək.
XQ xəbər verir ki, 4–8 may tarixlərində Azərbaycan Cüdo Federasiyası tərəfindən dan dərəcələri üzrə seminar və imtahan təşkil olunacaq.
Seminar və imtahan cüdo məşqçiləri üçün açıqdır. Namizədlər 17 yaşdan yuxarı olmalı və qəhvəyi kəmərə sahib olmalıdırlar.
Qeyd edək ki, bu seminar və imtahan Beynəlxalq Cüdo Federasiyası Akademiyasında təhsil almaq və məşqçi sertifikatlaşdırması üçün zəruri hesab olunur. Tədbirin əsas məqsədi dan sistemi üzrə məşqçilərin bilik və bacarıqlarını qiymətləndirmək, eləcə də onların inkişafına dəstək verməkdir.
Qeydiyyat üçün son tarix 28 aprel tarixidir. Tədbir Bakı şəhərində, Milli komandaların Təlim-Məşq Mərkəzində keçiriləcək. Ünvan: Azadlıq prospekti 128.

