İşğaldan azad olunmuş ərazilərimizə səfəri Şahzadə Turki Al Faysal Al Saudu dərindən təsirləndirib

post-img

X Qlobal Bakı Forumu yüksək səviyyədə təşkil edilib.

AZƏRTAC xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saud Prezident İlham Əliyev ilə görüşündə deyib.

Şahzadə Turki Al Faysal Al Saud Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı genişmiqyaslı bərpa-yenidənqurma işləri ilə bağlı dövlətimizin başçısını təbrik edib. Qonaq işğaldan azad olunmuş ərazilərimizə səfərinin ona dərindən təsir etdiyini bildirib.

Rəsmi xronika