Azərbaycan Prezidenti İlham Əliyev Moldovaya səfərə gəlib

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə Toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Kişineu şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısını rəsmi şəxslər qarşılayıblar.



Rəsmi xronika