Əmanətlərin Sığortalanması Fondu “Günay Bank” ASC-nin ləğvedicisi təyin edildi - Üçüncü bildiriş

post-img

Azərbaycan Respublikası Mərkə­zi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarın­dan az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini eti­barlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqın­da” Azərbaycan Respublikası Qanu­nunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən “Gü­nay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məh­kəməyə müraciət olunmuşdu.

Bakı Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli 2-3(103)-42/2023 saylı qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və iflas pro­seduruna başlanmışdır.

Bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu “Günay Bank” ASC-nin ləğve­dicisi təyin edilmişdir.

Reklam və elan